search
Search
contact us
headers/international-cooperation.jpg

Beynəlxalq əməkdaşlıq

Mükəmməlliyə sadiqliyimiz təqdim etdiyimiz işlərin yüksək keyfiyyətində və sürətlə genişlənən beynəlxalq əməkdaşlıq siyahısında əks olunur. Bu birgə səylər kosmik tədqiqatların gələcəyini və planetimizin rifahını inkişaf etdirmək üçün mühüm addımlardır.

Tərəfdaşlıq

Kosmik sənayedə sıx əlaqələrin qurulmasını təmin etmək üçün beynəlxalq tərəfdaşlarımızla əməkdaşlığa xüsusi diqqət yetiririk.

Türkiyə Kosmik Agentliyi

Türkiyə Kosmik Agentliyi

İtaliya Kosmik Agentliyi

İtaliya Kosmik Agentliyi

Pakistan İslam Respublikasının Kosmos və Atmosferin Yuxarı Qatının Tədqiqi Komissiyası

Pakistan İslam Respublikasının Kosmos və Atmosferin Yuxarı Qatının Tədqiqi Komissiyası

Üzvlük

Kosmik sahədə qlobal əməkdaşlığı təşviq etmək üçün müxtəlif beynəlxalq və regional təşkilatlara üzvlük vasitəsilə mövcud əlaqələri gücləndirir və yeni əməkdaşlıqlara imza atırıq.

BMT-nin Qlobal Sazişi

BMT-nin Qlobal Sazişi

Beynəlxalq Astronavtika Federasiyası

Beynəlxalq Astronavtika Federasiyası

"Intersputnik" Beynəlxalq Kosmik Rabitə Təşkilatı

"Intersputnik" Beynəlxalq Kosmik Rabitə Təşkilatı

images/20f6048a5-ad95-45d1-8e28-80ec5bd8de7f.jpg

74-cü Beynəlxalq Astronavtika Konqresi

2-6 oktyabr 2023-cü il tarixində Bakı dünya miqyasında tanınan, 5400-dən çox nümayəndənin iştirakı ilə baş tutan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Yüksək səviyyəli təşkilatçılıq və qonaqpərvərlik üzrə nümunəvi destinasiya kimi çıxış edən ölkəmiz beynəlxalq səviyyədə elmi mühazirələr və seminarlar, innovativ ideya və imkanların təqdim edilməsi üçün daha da möhkəm zəmin yaratdı.

Daha ətraflı
arrow-right-white
image

Bizimlə əlaqə

Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.