Karyera

Azərkosmosda Karyera

“Azərkosmos” ASC-nin fəaliyyət sahəsi Azərbaycanda yeni olmasına baxmayaraq, dünyada artıq özünü doğruldub və ən perspektivli sahələrdən biri sayılır. Biz layihələri çox olan, yeni nailiyyətlərə istiqamətlənən, sürətlə böyüyən və daima inkişafda olan bir təşkilat kimi bilik, bacarıq və təcrübəsinə güvənən insanları işə cəlb etməkdə maraqlıyıq. Bizimlə birgə karyeranızı qurmaq istəyirsinizsə, İş üçün müraciət formasını doldurun.

İşə qəbul üçün müraciət et

CV bizim elektron ünvanımıza çatdıqda, siz avtomatik təsdiq məktubunu alacaqsınız. Sizin ixtisasınız, iş təcrübəniz və bacarıqlarınız bizim tələblərə uyğun gələrsə, o zaman sizinlə telefon vasitəsi ilə əlaqə saxlanılacaq və işə qəbul prosesinin ilk mərhələsi olan imtahana dəvət alacaqsınız. Müraciət etdiyiniz sahədən və vəzifədən asılı olaraq seçim prosesi fərqlənə bilər. İşə qəbul prosesinin ilkin mərhələsində namizədin funksional bilikləri müvafiq test sualları vasitəsi ilə yoxlanılır və namizədin yazılı şəkildə ingilis dili bilik səviyyəsi təyin edilir. Namizəd ilkin mərhələni uğurla keçdikdə, o ikinci mərhələyə dəvət olunur. Namizəd ikinci mərhələdən də müsbət nəticə aldıqda üçüncü mərhələyə, müsahibə mərhələsinə dəvət edilir (Müsahibə zamanı namizədin funksional bilikləri və vakant yerə uyğunluğu təyin edilir). Namizəd üç mərhələdən uğurla keçdikdə, ona müvafiq iş təklif edilir. Bir vəzifə üçün uyğun bir neçə namizəd ola bilər. Buna görə tövsiyə edirik ki, siz müraciət etdiyiniz vəzifə üzrə seçilmədiyiniz halda vakansiyalarımızı izləməyə davam edəsiniz.
  • ANAR QASIMOV

    Maliyyə departamenti

    Həmişə istəmişəm elə bir yerdə çalışım ki, orada minlərlə, hətta milyonlarla insana faydam toxunsun.  Peyk texnologiyalarına əsaslanaraq regionun milyonlarla insanına yeni imkanlar açan Azərkosmos ASC əsl axtardığım bir təsisat idi və mən özümü burada tapdım.

    Böyük məsuliyyət hissi, yenilikçilik və təşəbbüskarlıq tələb edən bir sahədə, həm də yer üzündəki ən son texnologiyalara toxunaraq çox vacib işlərlə məşğul olmaq xüsusiyyəti bu işə çox özəl bir stimul, güclü korporativ ruh gətirir.

    Məncə, Azərkosmos – məsuliyyətli, çalışqan və həyatda qarşısına böyük məqsədlər qoyan gənc mütəxəssislər üçün çox gözəl özünü reallaşdırma və inkişaf etdirmə məkanıdır.

  • ARZU MƏMMƏDOVA

    Hüquq departamenti

    Sizi daim inkişafa yönəldən və rəqabətli iş mühiti, sadəcə yerli deyil, eyni zamanda nüfuzlu xarici şirkətlərlə birgə layihələrdə iştirak etmək, qapıdan içəri girdiyiniz andan sizi gülərüzlə qarşılayan əməkdaşlar, müasir əmək şəraiti mənim kimi sizin üçün də əhəmiyyətlidirsə, “Azərkosmos” ASC-də işləmək sizin üçün də faydalı və maraqlı təcrübə olacaqdır.

    Bizim kollektivə qatılmaqla siz həm Azərbaycanda ilk olacaq layihələrin reallaşdırılmasında öz izinizi qoyacaq, həm də yeni və mehriban ailə qazanmış olacaqsınız.

Vakansiyalar